Bilmədim.

24 Aralık 2014
1 311
0
Bilmədim.
Bilmədim.



Ağ kəfənim oldu gəlinlik donu.
Həyatın nəbzini tuta bilmədim.
Ruhum təmiz idi,qəlbimsə dolu.
Heç kəsə sözümü deyə bilmədim.


Yıxdı yerə məni həyat oyunu.
Ayaq üstə dik dayana bilmədim.
Göz yaşımı sildi valideynlər,qohum.
Səbəbi sənmişsən, bilə bilmədim.


Harayıma gəldi, dolu yağışlar.
Dost, tanışın xəyanətin görmədim.
Çökənləri qaldırmaq istəyərkən,
Mən də çökəndənəm, bilə bilmədim.


Ürəyimdə arzu dolub, daşarkən
Qatara gecikdim, hardan bileydim.
Otağımda gizlin, səssiz ağlarkən
Göz yaşımı silən yoxdu neyləyim.


Çox ağladım, çox sızladım, o gündən
Gedəcəyini inan ki, bilməyirdim.
Kimsə sevdiyimi soruşanda, mən
Yalandan dedim ki; Sevməyirdim…



Bilmədim.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.