Dahilərdən bir qədər

22 Şubat 2016
2 463
1
Dahilərdən bir qədər
Dahilərdən bir qədər

Təhsil - insan kimi davranan robotlar, robot kimi davranan insanlar yaradır. (Erix Fromm)

Qızın necədi?
- Şükür yaxşıdı, əri onu çox sevir, şuba alır, tez-tez xaricə aparıb gəzdirir.
Bəs oğlun necədi?
- Nə deyim, aldığı arvad deyil, elə bil ifritədir. Oğul da düşüb bu ifritənin cənginə, oğluma gah şuba, gah da xaricə bilet aldırır.

Şerlok Holms və professor Vatson birlikdə düşərgəyə gedirlər.
Yaxşıca yeyib içdikdən sonra, yatmaq üçün çadırlarına çəkilirlər. Bir neçə saat sonra Holms oyanır və dərhal Vatsonu da oyadır.
- Vatson, ətrafa bax və mənə nə gördüyünü de.
İkisi də kürək üstü yatarkən, Vatson cavab verir.
- Milyonlarla, milyardlarla ulduz görürəm.
Holms:
- Yaxşı, bu nə deməkdir, Vatson?
Vatson bir anlıq dayanır və bu cavabı verir:
- Astronomik olaraq bu, kosmosda milyardlarla qalaktika və planet olduğu mənasını verər. Vaxt olaraq, saat üçdür. Teoloji olaraq, Allahın gücünü və bizim cılızlığımızı görürəm. Meteoroloji olaraq, sabah gözəl bir gün olacaq. Yaxşı bəs səncə bu nə anlama gəlir, Holms?
Holms bir dəqiqə dayanıb düşünür və deyir:
- Vatson! Ay axmaq! Çadırımızı oğurlayıblar.


Həyatınız heç nəyə yaramadısa, onu boş-boşuna keçirdinizsə, onu itirməkdən niyə qorxursunuz? (Lukretsi)

İnsanlar sizdən əvvəlki kimi istifadə edə bilməyəndə "dəyişmisən" deyərlər. (Ziqmund Freyd)


Fb Kitab

RƏYLƏR
  1. allah bendesi
    maraqli paylaşimdir ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.