Astra saLatı

21 Ocak 2015
2 217
0
Astra saLatı
Astra saLatı

Tərkibi:

1 toyuq döşü
2 ortaboy pomidor
2 diş sarımsaq
4 yumurta
1 qırmızı bolqar bibəri
1 st. ağ suxarı
duz
2 x.q. mayonez



Hazırlanması:

Toyuq ətini bişirin, xırda doğrayın.

Pomidoru kubik doğrayıb duzlayın.

Sarımsağı xırdalayın.

Yumurtaları suda bişirib soyudun, təmizləyin, sürtgəcin orta gözündən keçirin.

Bolqar bibərini kubik doğrayın.

Suxarını 3 dilim ağ çörəkdən hazırlayın: kubik doğrayın, üzərinə su və duz səpin, tavada qurudun.

Arasına nazik qat mayonez çəkməklə lay-lay düzün: toyuq + pomidor + sarımsaq + yumurta + bibər + suxarı.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.