Kokoslu-albalılı tort resepti

28 Ocak 2015
5 625
0
Kokoslu-albalılı tort resepti
Kokoslu-albalılı tort resepti

Tərkibi:
Xama 200 q
Kərə yağı 200 q
Un 3 st.
Vanil zövqə görə
Soda 1 ç/q
Şəkər tozu (zövqə görə)
Alma sirkəsi 0,5 ç/q

İçlik:
Albalı 120 q

Krem üçün:
Xama 600 q
Şəkər tozu 120 q

Bəzək üçün:
Kokos - 50 q

Hazırlanması:
Ərzaqlar otaq temperaturunda olmalıdır.
Yağ və xama qarışdırılır, un və soda əlavə edilib xəmir hazırlanır. Xəmir yumşaq və elastik olmalıdır.
Xəmir sellofana bükülüb 2 saat soyuq yerdə saxlanır.
Xəmir gözlədilənə kimi içliyimizi hazırlayırıq.
Albalının suyunu sıxmaq lazımdır. Nə qədər quru olarsa, bir o qədər yaxşıdır.
Xəmir şəkildəki kimi 16 hissəyə bölünür.
Şəkildəki kimi xəmir yayılır, içinə albalı qoyulur və üzərinə şəkər əlavə edib xəmiri bağlayırıq. 16 hissəyə bölünmüş xəmirin hamısı növbə ilə şəkildəki kimi hazırlanıb qaba yığılır.
Hazırladığımız xəmir qabın içinə qoyulur və 200 dərəcədə 20 dəqiqə bişirilir.
Bişdikdən sonra keks soyudulur.
Xama və şəkər qarışdırılır və tortun üzərinə yayılır.
Qarışığın keksə hopması üçün bir qədər gözləmək lazımdır. Daha sonra ən az 3 saatlıq soyuducuya qoyuruq.
Sonda üzəri kokosla bəzədilir.
Kokoslu-albalılı tortumuz hazırdır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.