Albalılı krem karamel

22 Şubat 2015
1 807
0
Albalılı krem karamel
Albalılı krem karamel

Ərzaqlar
1 su stəkanı tumu çıxarılmış albalı
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı su
Yarım su stəkanı
4 şorba qaşığı toz şəkər
1 su stəkanı süd
1 paket vanil
2 ədəd yumurta
2 ədəd yumurta sarısı

Hazırlanması
Abalı, kərəyağı, su və 1 xörək qaşığı toz şəkəri 2-3 dəqiqə bişirin.
Sununu və dənəsini ayırıb kənara qoyun.
Yarım su stəkanı toz şəkəriri tavaya alıb ocağa oturdun.
Karamel olana qədər qarışdırıb albalı suyunu əlavə edin.
3 dəqiqə daha bişirib 4 ədəd qaba pay edin.
Soyuması üçün kənara qoyun.
Süd və vanili qaynadıb ocaqdan götürün.
Ayrı bir yerdə yumurta, yumurta sarısı və qalan 3 xörək qaşığı toz şəkəri yaxşıca çırpıb, südlü qarışığa əlavə edin və qarışdırın.
Qarışığı 4 ədəd qaba boşaldın.
150 dərəcə sobada 35-40 dəqiqə bişirib soyumağa qoyun.
Qabları isti suyun içinə batırıb çıxarın.
Servis qablarına tərs çevirib çıxarın.
Üzərinə, kənara ayırdığınız albalı dənələrini yerləşdirin.
Soyuq olaraq servis edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.