Pendirli bulka resepti

28 Mart 2015
4 316
0
Pendirli bulka resepti
Pendirli bulka resepti


Tərkibi:
250 q qauda pendiri
1 dolu ç.q. quru maya
2 x.q. şəkər tozu
0.5 ç.q. duz
250 ml isti su
2 x.q. bitki yağı
3-3.5 st. un

Hazırlanması:
Suda şəkər tozu və mayanı həll edin. 10 dəqiqə saxlayın. Duzu və unun yarısını əlavə edin, qarışdırıb yağ tökün. 150 q sürtgəcdən keçirilmiş pendir əlavə edin. Az-az un qataraq xəmir yoğurun.

Xəmirin üzərini örtüb 1,5 saat isti yerdə saxlayın.

Bu müddətdən sonra xəmiri bir dəfə ətləyin.

Siniyə perqament döşəyin.

Əlinizi bitki yağına batırıb xəmirdən 12 kündə tutun. Siniyə aralı-aralı düzün. 15-20 dəqiqə saxlayın, sonra üzərinə sürtgəcdən keçirilmiş pendirin qalanını səpin.

200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, hazır olanadək bişirin.

Nuş olsun!

Edit By:More..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.