Almalı-kəsmikli piroq resepti

27 Mart 2015
7 281
0
Almalı-kəsmikli piroq resepti
Almalı-kəsmikli piroq resepti

Tərkibi:
Xəmir üçün:
- 3 stəkan un
- 1/2 stəkan şəkər tozu
- 200 qr kərə yağı
- 10 qr qabartma tozu

İçlik üçün:
- 500 qr kəsmik
- 200 qr xama
- 4 dənə alma
- 4 dənə yumurta
- 2 xörək qaşığı manna yarması

Hazırlanması:
1. Unu ələyirin və qabatrma tozu ilə qarışdırın.

2. Una 1/2 stəkan şəkər tozu əlavə edin. (Qəhvəyi şəkər tozundan da istifadə etmək olar. Qəhvəyi şəkər tozu daha xeyirlidir).

3. Soyuq (dondurulmuş yox!) kərə yağını kublar şəklində doğrayın və una əlavə edin. Unu yağla yaxşı qarışdırın (blenderdə və ya mikserlə). Xəmir xırda ovuntu şəklində alınmalıdır.

4. Formaya perqament kağızını sərin və xəmirin 1/2 hissəsini bu formaya tökün və qaşıqla hamarlayın.

5. Kəsmiyi, manna yarmasını, xamanı və yumurtanı blenderdə yaxşı qarışdırın.

6. Almanı soyun və sürtgəcin iri gözündən keçirin.

7. Alma ilə şəkər tozunu kəsmiyə əlavə edin və yaxşı qarışdırın. İçlik kifayət qədər duru alınır. Buna görə narahat olmayın.

8. İçliyi formaya qoyulmuş xəmirin üzərinə tökün və üzərinə xəmirin qalan hissəsini əlavə edin (qaşıqla hamarlamaq lazım deyil!).

9. Piroqu 200 C kimi qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.