Portağallı limonlu içki resepti

05 Nisan 2015
1 324
0
Portağallı limonlu içki resepti
Portağallı limonlu içki resepti

Tərkibi:
Bir böyük boy portağal
1 ədəd limon
2 litr ya adi su, ya da qazlı su
Bir stəkan şəkər tozu


Hazırlanması:
İlk əvvəl portağal və limon rəndədən keçirilir. İstəyən ət maşınından da keçirə bilər.
İki litrlik balona şəkər tozu, rəndədən keçirilmiş portağal və limon əlavə edilir. Bunun da üzərinə su tökülür, şəkər tozu əriyənə kimi qarışdırılır.
Daha sonra isə bunu təmiz sütkəcdən keçiririk.
Budur, artıq sokumuz hazırdı.
Qeyd: Xanımlar, bura əlavə olaraq istədiyiniz meyvədən istifadə edə bilərsiniz. Bir də yaxşı olar ki, sok hazırladıqdan dərhal sonra içilsin ki, tərkibindəki vitaminlər itməsin.
Nuş olsun!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.