Şokoladlı keks resepti

05 Nisan 2015
4 209
0
Şokoladlı keks resepti
Şokoladlı keks resepti

Tərkibi:
1 paket şokolad.
1 xörək qaşığı marqarin.
3 ədəd yumurta.
1,5 su stəkanı toz şəkər.
1 paket vanil.
1 paket qabartma tozu.
1 su stəkanı duru yağ.
1 su stəkanı qatıq.
1 çay qaşığı darçın.
3 su stəkanı un.


Hazırlanması:
1)Geniş bir qabın içində yumurtalarla,şəkəri yaxşıca çırpın.
2)Ayrı bir yerdə unu,qabartma tozunu,vanil və darçını ələyib qarışdırın.
3)Daha sonra isə yumurtalara qatıq və duru yağ əlavə edib qarışdırın.
4)Ən son unlu qaşığı əlavə edib qarışdırın və xəmiri yağlayıp unladığınız keks qəlibinə boşaldın.
5)Əvvəldən isidilmiş 180 dərəcəli sobada bişirin.
6)Şokolad və marqarini buxar hamamı üsulu ilə əridib qarışdırın.
7)Keks sobadan çıxdıqdan sonra şokoladı keksin üzərinə sürün.
8)Soyuduqdan sonra servis edin.

Nuş olsun!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.