Bananlı Piroq Resepti

18 Haziran 2015
3 137
0
Bananlı Piroq Resepti

Bananlı Piroq Resepti

125 q kərə yağı
170 q şəkər tozu
2 yumurta
vanil
100 q xama
150 q un
1,5 ç.q. qabartma tozu
1 yetişmiş banan
10 q tünd patoka və ya qəhvəyi şəkər tozu


karamel sousu:

100 ml 35%-li qaymaq
100 q şəkər tozu


Hazırlanma qaydası:


Sobanı 200 dərəcəyədək qızdırın.
Yağ, şəkər tozu və vanili mikserin orta sürətində rəngi açılınca çalın.
Yumurtaları bir-bir əlavə edin. Xama, sonra isə unla qabartma tozu əlavə edib eynicinsli kütlə alınanadək çalın.
Bananı çəngəllə, yaxud blenderdə əzin, üzərinə patoka tökün (yoxdursa, qəhvəyi şəkər), xəmirə qatın.
Xəmiri formaya töküb 40 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpüylə yoxlayın.
Qalın dibli tavada şəkəri kəhrəba rəngi alanadək əridin.
Eyni zamanda qaymağı da qaynayınca qızdırın. Qaynar qaymağı karamelin üzərinə töküb eynicinsli kütlə alınanadək qarışdırın.
Əgər karamel sousu eynicinsli olmadısa, yaxud rəngi çox açıqdırsa, ocağın üstündə daha 2 dəqiqə saxlayın.
Bişmiş piroqu sobadan çıxarıb 10 dəqiqə soyudun. Qaba qoyun, təxminən 40 yerdən çöp batırın. Piroq istiykən karamel sousunu üzərinə tökün.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.