Eston piroqu

03 Ağustos 2015
1 476
0
Eston piroqu
Eston piroqu

Tərkibi:

70+6 q şəkər tozu
120 ml süd
8 q quru maya
80 q kərə yağı
300 q un
1/4 ç.q. duz
1 yumurtanın sarısı
3 ml bitki yağı
2 ç.q. darçın

İsti südlə maya və 6 q şəkər tozunu qarışdırın, isti yerdə 10-15 dəqiqə saxlayın (süd əvəzinə isti su da götürə bilərsiniz).
30 q kərə yağını əridin, yumurta sarısı əlavə edib qarışdırın, un, duz və mayalı südü əlavə edin, xəmir yoğurun.
Xəmiri bitki yağı ilə yağlanmış qaba qoyub isti yerdə 1,5 saat saxlayın.
İç: 50 q kərə yağını əridin, şəkər tozu (70 q) və darçınla qarışdırın.
Xəmiri 1 sm qalınlıqda yayın. İçin 2/3 hissəsini üzərinə çəkin
Xəmiri rulet kimi bükün. “Tikişi” aşağı olmaqla qoyun, əlinizlə azca üstündən basıb yastılayın.
Sonuna 1-2 sm qalanadək ruleti uzunasına iki yerə bölün.
Ruletin iki yarısını bir-birinə sarın (burma).
Sonra isə bu buruğun uclarını birləşdirin (halqa kimi).
İçin qalanını üzərinə çəkin.
200 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Süfrəyə verərkən üzərinə şəkər pudrası səpə bilərsiniz.
Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.