Cicek salat resepti

10 Ağustos 2015
3 022
0
Cicek salat resepti
Cicek salat resepti

Tərkibi:
180-200 q toyuq
4 yumurta
150 q marinə edilmiş göbələk
100 q koreya üsulu yerkökü
160 q pendir
mayonez


Bəzək:
cəfəri, yumurta, pomidor

Hazırlanması:
Toyuq ətini ədviyyat və duzla suda bişirin. Doğrayıb bir qədər qovurun. Bu, birinci laydır
Üzərinə mayonez çəkin, doğranmış göbələyi döşəyin.
Mayonez çəkin. Növbəti lay - koreya üsulu yerköküdür.
Mayonez çəkib, doğranmış, yaxud sürtgəcdən keçirilmiş yumurta döşəyin.
Yenə mayonez vurub sürtgəcdən keçirilmiş pendir səpin.
Axırıncı layın da üzərinə mayonez vurun.
Yumurta ağından çiçək ləçəkləri düzəldin, ortasına pomidor dilimi qoyun, cəfəridən gül saplağı düzəldin.

Nuş olsun!

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.