"Ərəb nağılları" tortu

04 Şubat 2016
2 097
1
"Ərəb nağılları" tortu
"Ərəb nağılları" tortu


"Ərəb nağılları" tortu

Tərkibi:

xəmir:


4 dolu x.q. kakao
150 q kərə yağı
150 q şəkər tozu
2 yumurta
250-300 q un
1 çimdik duz
2 ç.q. qabartma tozu

"Ərəb nağılları" tortu

krem:

1 iri limon
200 q şəkər tozu
150 q kərə yağı
4-5 x.q. mannı yarması
200 ml süd

"Ərəb nağılları" tortu

qlazur:

200 q tünd, yaxud südlü şokolad

Enli qaba şəkər tozu səpin, yumurtaları əlavə edib qatı, ağ kütlə alınanadək qarışdırın. Kakao əlavə edib yaxşıca qarışdırın (birrəngli kütlə alınmalıdır).

Başqa qabda un, qabartma tozu və sodanı qarışdırın. Kərə yağını sürtgəcdən keçirib dərhal da qarışdırın. Yumurtalı-kakaolu qarışığı əlavə edib qatı xama halına gələnədək qarışdırın.

Xəmirin yarısını kərə yağı çəkilmiş formaya tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. Formadan çıxarıb soyudun.
İkinci korju da eyni qaydada bişirib formadan çıxarın, otaq temreraturunda soyudun.
Hər korju ortadan iki yerə bölün (4 korj).

Krem: Limonu qaynar su ilə yuyun. Qabığını soymadan ortadan bölün, dənələrini çıxarın. Ət maşınından keçirin. Yumşaq kərə yağını şəkər tozu ilə çalın, sonra limon püresi ilə qarışdırın. Mannı yarmasını 1 st. südlə qarışdırın, qazançaya töküb çox qatı mannı sıyığı bişirin. Qazançanın ağzına qapaq qoyun, içində soyuq su olan bir qaba qoyaraq sıyığı soyudun. Soyuduqdan sonra qaşıq-qaşıq yağlı qarışığa əlavə edərək çalın.

Tortu qoyacağınız qabın dibinə 2 x.q. krem çəkin. Üzərinə korjun birini qoyun, üzərinə krem çəkin. Eyni qayda ilə digər korjları üst-üstə düzün. Üst korjun üzərinə krem çəkmək lazım deyil.

Şokoladı xırdalayıb ya mikrodalğalı sobada, ya da su hamamında əridin. Azacıq kərə yağı, yaxud qaymaq əlavə edə bilərsiniz (bu zaman qlazur parıltılı alınır). Qlazuru tortun üzərinə çəkin. Tortu 2 saat otaq temperaturunda, 2 saat da soyuducuda saxlayın.

Nuş olsun!

"Ərəb nağılları" tortu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 4 Şubat 2016 15:46
    butun sirniyatlari sevirem inanki bu gun birinci bu respti hazirlayan men olacam coooox saqol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.