Alça turşusunun hazırlanması

11 Mayıs 2016
2 754
1
Alça turşusunun hazırlanması
Alça turşusunun hazırlanması

Adətən tərəvəzlərin turşusunun hazırlanmasının şahidi olmuşuq. Amma bəzi meyvələrin də duzlusu olduqca ləziz olur. Bu meyvələrdən biri də alçadır. Həm təbiisi, həm də duzlusu ilə əvəzedilməz dada malik olan alçanın duzlanması olduqca asandır. Bunun üçün tam yetişməmiş alçaları seçim etməlisiniz.

Tərkibi:

1 kilo yaşıl alça
10 diş sarımsaq
1 ədəd limon (istər dilimlərək, istərsə də suyunu istifadə edin)
1 su stəkanı üzüm sirkəsi
1 çay stəkanı qalın duz
1 ç/qaşığı şəkər tozu və ya 1 ədəd qənd
2-3 ədəd kərəviz kolu
2-3 kol nanə
İstəyə görə yarım yemək qaşığı qara bibər və ya keşniş toxumu


Hazırlanması:

Alçaları yuyun və suyunun süzülməsini təmin edin.
1 kq alçanın yerləşə biləcəyi qabın yarısından bir qədər az (1/4 qədər) su doldurun. Daha sonra həmin qaba duz, sirkə, limon suyu və şəkəri əlavə edərək duz əriyənə qədər qarışdırın. Tam hazır olmasına əmin olmaq üçün yumurtanı suya atın. Əgər yumurta suyun üzərinə qalxarsa, demək turşu üçün ideal su hazırlamısınız.
Bankanı stelizə etdikdən (qaynatdıqdan ) sonra alçaları, sarımsaqları və digər ədviyyatları əlavə edin.
Daha sonra kərəvəz və nanə əlavə edin.
Qab hava çəkməyəcək şəkildə qapağını bərk bağlayın.
Təxminən 20-25 gün sonra turşunuz hazır.
Sərin yerdə mühafizə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Ay yum ele alça istedim duzlusunu de yemişem çox dadli olur kaş indi vetenimde olsaydim esil yemeli vaxtidi alçanin disappointed çox sağolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.