Ev şəraitində çiyələkli dondurma hazırlamaq ( RESEPT )

31 Mayıs 2016
3 104
0
Ev şəraitində çiyələkli dondurma hazırlamaq ( RESEPT )

Ev şəraitində çiyələkli dondurma hazırlamaq ( RESEPT )
Tərkibi:
3 stəkan təzə çiyələk (orqanik olsa daha yaxşı olar)
1 stəkan şəkər tozu
2 stəkan soyuq yağlı qaymaq
2 stəkan soyuq tam yağlı süd

Hazırlanması:
Çiyələkləri yuyun və təmizləyin. Çiyələkdən 2 stəkan götürüb blenderdə pure halına salın. Qalan çiyələkləri isə xırda-xrda doğrayın. (Əgər çiyələklər çox yetişibsə və yumşaqdırsa siz sadəcə olaraq onların hamısını ya çəngəllə, ya da kartof əzənlə əzib həm şirə, həm də kiçik yumşaq parçalar əldə edə bilərsiniz.)
İri dərin qabda çiyələk püresini şəkərlə qarışdırıb əllə çalın. Suyu ilə birlikdə doğranmış çiyələkləri, yağlı qaymağı və südü əlavə edin. Qarışdırın.
Qarışığı dondrmadüzəldəninizin buzxana qabına töküb istehsalçının verdiyi təlimata görə hərəkət edin.
Əgər dondurma maşınınız yoxdursa qarışığı qapaqlı möhkəm qaba töküb buzxanaya qoyun. Bir saatdan sonra buzxanadan çıxarıb bir neçə dəqiqə yumurtaçalanla, yaxud elektrik əl mikseri ilə kənarlarındakı buzu qırmaqla çalın. Qapağını örtüb yenidən buzxanaya qoyun. Bunu daha 2-3 dəfə təkrar edin və dondurmanı tamamilə donmaq üçün buzxanada saxlayın. Bu proses krem teksturalı dondurma əldə etməyə imkan verəcək.


Mənbə: dadli.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.