Biskvitlə Ballı Tort Çox asan və Ləzzətli !

09 Haziran 2016
4 549
0
Biskvitlə Ballı Tort Çox asan  və Ləzzətli !
Biskvitlə Ballı Tort Çox asan və Ləzzətli !

Ərzaq:

5 Yumurta
1 stəkan şəkər tozu
1 vanil
2 yarım qaşıq bal
1 çay qaşığı soda
1 yemək qaşığı sirkə
1.5 stəkan ( 250-280 qr.) un
Banan
Peçnye ovuntusu

Hazırlanması:

5 Yumurta ilə + 1 stəkan şəkər tozu + 1 vanil - mikserlə tam açılıb qatılaşanadək çalın.+2 yarım qaşıq bal - yənə çalın.+ 1 çay qaşığı sodanı +1 yemək qaşığı sirkədə söndürün ehtiyatla qarışdırın + 1.5 stəkan ( 250-280 qr.) un - ehtiyatla qarışdırıb formaya (kalıba) tökün.170° dərəcədə 45-55 dəqiqə bişirin.Üzü tez qızarır amma içi gec bişir.Ona görə də üzərinə bir qapaq qoyun.Bişməyini çöplə mütləq yoxlayın.Bişib soyuduqdan sonra 2 yerə bölüb arasına krem sürtün, halqa şəklində doğranmış banan düzun.O biri qatın da hər iki üzünü kremleyəcəksiz - 1 üzü üst qat olacaq,o biri üzü bananın üzərinə qoyulacaq .Ovuntu və ya adi peçenye ovuntusu ilə bəzəyin.


Krem:

1 Banka qaynamış qatılaşdırılmış süd (moloko)
200 qr. kərə yağı
Yarım çay qaşığı kofeni (z) 1 yemək qaşışığı qaynar suda həll edib mikserlə birlikdə çalın.

Nuş Olsun!


mənbə: İnstagram @r_sevdaa
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.