Dünyanın ən asan tortu - Qarışqa Yuvası

24 Haziran 2016
4 396
0
Dünyanın ən asan tortu - Qarışqa Yuvası
DÜNYANIN ƏN ASAN TORTU - QARIŞQA YUVASI

Bəzək-düzək, səliqə tələb etməyən tort resepti
Daha bir sovet nostalgiyası yaradan tort "MURAVEYNİK” sadə olduğu qədər də dadlıdır. Ucuz başa gəlir. Hətta heç vaxt tort bişirməyən də bunu bişirə biləcək! Ərzaqlar:

Xəmir üçün:

Kərə yağı – 200 qr.
Un – 400 qr.
Yumurta – 1 ədəd
Süd – 125 qr.
Duz – bir çimdik
Krem üçün:
Kərə yağı – 200 qr.
Qatılaşdırılmış süd – 1 banka.

Hazırlanması:

Yağ çalınır, bura yumurta, süd, un, duz əlavə olunub, xəmir yoğrulur. Xəmir kürə kimi yumrulanıb bükülür və soyuducuda 40 dəqiqə saxlanılır. Sonra xəmiri ətçəkəndən keçirib, formaya tökür və 200 dərəcədə qızarana kimi bişirirsiniz. Krem üçün qaynadılmış qatılaşdırılmış südlə yağ çalınır. Bişmiş xəmir kremlə birgə qatılıb qarışdırılır və qarışqa yuvası təpəciyi kimi formaya salınır. Soyumaq və özünü tutmaq üçün soyuducuya qoyulur. Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.