Qiyməli spagetti resepti

26 Haziran 2016
2 115
0
Qiyməli spagetti resepti
Tərkibi:
1 paket spagetti
200 qr yağsız çəkilmiş ət
1 soğan
1 kök
1 pomidor
8-10 dəstə cəfəri
2 xörək qaşığı marqarin
duz, istiot

Hazırlanması:

Spagettini duz əlavə edilmiş bol qaynar suda qaynadın.
Soğanı incə incə doğrayın. Kökü təmizləyib rəndələyin.
Pomidorun qabığını soyub kub şəklində doğrayın.
Cəfərini yuyub incə incə doğrayın.
Marqarini tavada əridib soğanı qızardın.
Çəkilmiş əti əlavə qovurun. Kökü əlavə 3-4 dəqiqə daha qovurun.
Pomidoru əlavə edib qarışdırın. Duz və qara bibər əlavə qarışdıraraq 5 – 6 dəqiqə bişirin.
Ocaqdan götürüb cəfərini əlavə edin və qarışdırın. Spagettini süzüb boşqaba qoyun.
Ortasına ətili sousu töküb isti olaraq süfrəyə təqdim edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.