Zebra Keksi Resepti - FOTO RESEPT

09 Temmuz 2016
6 963
0
Zebra Keksi Resepti - FOTO RESEPT
Tərkibi:
5 yumurta,
1,5 stəkanı şəkər (250 qr.),
1 çay qaşığı vanilin,1 stəkandan bir barmaq əskik su (125 ml),
1,5 stəkan maye yağ (250 ml),
3 stəkan + 1 yemək qaşığı un (375q.),
1 paket qabartma tozu,
2 yemək qaşığı dolu kakao,
3 yemək qaşığı ilıq su,

Hazırlanması:
Yumurtaları bir qaba sındırın.Yumurtaları qabarana qədər çırpın. Sonra yavaş yavaş şəkəri və vanilini əlavə edin və çırpmağa davam edin. Ardından stəkandan bir barmaq az ilıq suyu əlavə edin. Sonra yağını əlavə edin. Ən sonda isə un və qabartma tozunu əlavə edib iki dəqiqə qədər çırpın. Xəmiri ikiyə bölün. Birinə kakao və suyu əlavə edib qarışdırın. Yağlanmış və unlanmış qəlibin ortasına əvvəlcə sadə xəmirdən iki qaşıq qoyun. Sonra onun ortasına iki qaşıq kakaolu xəmir qoyun. Beləcə xəmirlər bitənə qədər davam edin. Xəmirlər bitəndən sonra kürdanla şəkil verin. Əvvəlcədən 160°qızdırılmş fırında üzəri qızarana qədər bişirin. Icinin bisdiyindən əmin olmaq üçün fırından çıxartmadan əvvəl kürdanla bişməyini yoxlayın. Soyuduqdan sonra istər sadə, istərsəniz üzərinə pudra şəkəri səpib və ya şokolad sürtərək servis edə bilərsiniz.

Zebra Keksi Resepti - FOTO RESEPT

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.