Şuba salatı resepti

15 Temmuz 2016
3 702
0
Şuba salatı resepti
Tərkibi:
Dəniz kələmi – 2 banka
Çuğundur – 2 ədəd (orta)
Kök – 3-4 ədəd
Kartof – 5 ədəd (orta)
Pendir – 200 qr.
Duz – 1,5 çay qaşığı
Xama – 400 qr.
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar)
6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

Hazırlanması:

Tərəvəzləri qaynadın.
Orta ölçülü dayaz qaba 3 kartofu sürtgəcdən keçirib bərabər halda nazik yayın.
Üstündən kələmin 2/3 hissəsini yayın. Sonra pendirin 2/3 hissəsini töküb ehtiyatla bərabər yayın. Pendiri azca duzlayıb üzərindən 2 ədəd kök sürtgəcdən keçirin. Duz qatılmış xamanın 1/3 hissəsini kökün üstündən yayın.
Yenidən kartof və kələmin qalığını tökün. Pendir sürtgəcdən keçirib azca duzlayın. Pendirin üstündən kök tökün.
Salatın hər tərəfini çuğundur vurub, sonda xama və ya mayonez tökün.
Bir neçə saatlıq soyuducuya qoyun.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.