Şokoladlı kartofları hazırlamaq çox asandır, heç bişirməyə ehtiyac yoxdur

29 Temmuz 2016
2 968
0
Şokoladlı kartofları hazırlamaq çox asandır, heç bişirməyə ehtiyac yoxdur
Kartof pirojnası. Hamımızın sevimlisi – kartoşka dediyimiz pirojnanın reseptini axtarırsız. İndi onu da bişirə biləcəksiz. Şokoladlı kartofları hazırlamaq çox asandır, heç bişirməyə ehtiyac yoxdur.

Ərzaqlar:

Ovulan peçenye – 800 qr.
Qatılaşdırılmış süd ( squşonka) – 1 banka
Kərə yağı – 200 qr.
Kakao tozu – 5 ç. q.
Konyak – 1 x.q.

Hazırlanması:

Kərə yağı yumşaldılır, qatışlaşdırılmış südlə qarışdırılır. Bura konyak və kakao tozu qatılır. Peçenyelər ətçəkəndən keçirilir. Peçenye kütləsini yağlı olan kütlə ilə qarışdırırıq. Bərabər yoğrulmuş kütlə alınmalıdır.
Bundan kartof boyda pirojna formaları hazırlanır. Və pirojnalar soyuducuda 7-8 saat özünü tam tutması üçün saxlanılır.
Çox şirəli, kakao dadlı, zərif desert alınır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.