Pryanik Resepti

04 Ağustos 2016
4 670
0
Pryanik Resepti
Tərkibi:

300 ml kefir
1 st şəkər tozu
2 yumurta sarısı
1 yumurta ağı
1 x/qaşığı bal
3 x/qaşığı duru yağ
1 ç/qaşığı soda
2-2.5 st un

Üzəri üçün:
1 yumurta ağı
3 x/qaşığı şəkər tozu

Hazırlanması:
2 yumurta sarısı, 1 yumurta ağı (digər yumurta ağını üzəri üçün saxlayın) balı qarışdırdıqdan sonra, kefiri və duru yağı da əlavə edərək, qarışdırmağa davam edin.
Unu soda ilə qarışdırın. Daha sonra qarışıma əlavə edərək birqədər qarışdırın.
Hazır xəmiri 1 sm qalınlığında yayın və yağlı kağız üzəində müəyyən aralıqda düzərək əvvəlcədən isidilmiş 180-190 dərəcəlik sobada 25 dəqiqə bişirin.
Yumurta ağı ilə şəkər tozunu çırpın. Şəkər tozu tam həll olana qədər qarışdırın.
Daha sonra sobadan çıxarılmış pryanikləri həmin üzlükə vuraraq yenidən 5-10 dəqiqə sobada bişirin.
Hazır pryanikləri soyuduqdan sonra servis edə bilərsiniz.
Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.