Ağızda xırt-xırt edən qarpız mürəbbəsi

08 Ağustos 2016
2 413
1
Ağızda xırt-xırt edən qarpız mürəbbəsi
Ərzaqlar:
Qarpız qabığı – 1kq.
Şəkər tozu – 1,2 kq.
Su – üstünə çıxana kimi
Çay sodası – 3 x.q.
Vanilin – 0,5 ç.q.
Limon turşusu – 1-2 qr.

Hazırlanması:
Mürəbbə üçün qalınqabıq qarpız seçilir. Əvvəlcə qabığın yaşıl hissəsi kəsilib atılır, qalan ağ ətli hissə doğranılır. Üzərini örtəcək qədər su alınır, soda əlavə edilir və 2 saat saxlanılır. Sonra qabıqlar yaxşıca yuyulur və süzülür. Qabıqları tökdüyümüz ləyənə onları örtəcək qədər su tökürük və odun üzərinə qoyuruq. 2 dəqiqə qaynadıqdan sonra aşsüzəndən süzürük və bunu daha bir dəfə də edirik. Süzülmüş qarpız qabıqlarının üzərinə şəkər tozu və üstünü örtəcək qədər su tökürük, odun üzərinə qoyuruq. Arabir qarışdıraraq qaynadırıq. 3 saata yaxın qaynamalıdır. Götürməmişdən 15 dəqiqə əvvəl vanilin, ətirşah, mixək kimi ədviyyatlar vururuq.
Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Turkan_18
    Men hardan xəbər paylaşa bilerem
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.