Dadlı Salat Reseptləri,soğan, istiot, doğranır, yumurta, salatı, keşniş, xırda, şüyüd, şəklində, pomidor, ləpəsi, əlavə, xiyar, kartof, şərab, üzərinə, boşqaba, edilir, sirkə, bibər
Ana səhifə

Dadlı Salat Reseptləri

30 Avqust 2016
1 009
0
Dadlı Salat Reseptləri
Ananas salatı
250-300 qram vetçina və ya toyuğun döş əti, 2 ədəd kartof, 4 ədəd yumurta, 4 konservləşdirilmiş ananas halqası, 1 ədəd soğan, 1 ədəd alma, 1 çay qaşığı limon şirəsi, qoz ləpəsi, mayonez, duz, istiot.

Bahar salatı
Turp (ağ və qırmızı) – 100q, yumurta -1/2 əd, xiyar – 40q, yerkökü – 40q, yaşıl kahı – 10q, duz. Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır, dairəvi kəsilmiş xiyar, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd səpilir.

Çuğundur fisincanı
Çuğundur – 200q, kərə yağı – 20q, nar şirəsi və ya dənələri – 30 q, qoz ləpəsi – 40q, baş soğan – 25q, keşniş göyərtisi – 15q, duz. Çuğundur təmizlənir, dilimlərə doğranır, qazana tökülüb öz buğunda bişirilir. Bişmiş çuğundur qoz ləpəsi ilə ətçəkən maşından keçirilir, yağ, nar şirəsi və duz vurulur. Fisincan boşqaba qoyulur, üzəri bəzədilir.

Fəvvarələr meydanı salatı

Toyuq döşü, xiyar, pomidor – 2 ədəd, cəfəri, mayonez, duz, istiot.
Toyuq döşü yuyulur, bişirilib soyudulur. Kubik şəklində doğranır. Pomidor və xiyar da eyni şəkildə doğranır. Cəfəri vurulur. Süfrəyə verilərkən mayonez əlavə edilir.

Fransız salatı

3-4 ədəd kartof, 3 ədəd kök, çuğundur, ağ kələm, 1 ədəd baş soğan, 500 q mal əti, sirkə, soya sosu, qara və qırmızı istiot, duz.
Ət xırda doğranır, az yağda qızardılır. Kartofdan başqa bütün tərəvəzlər rəndədən keçirilir. Qızardılmış ət əlavə edilir. Sonra kartofun qabığı soyulur, rəndələnir və tavada qırmızı rəng alana qədər qızardılır. Qızardılmış kartof tərəvəzlər və ətin üzərinə əlavə edilir. 5 faizli sirkə, soya sousu və ədviyyatlar qarışdırılıb salatın üzərində gəzdirilir.

Göyərti küküsü
Yumurta – 2 əd., göy soğan – 25 q, keşniş – 15 q, şüyüd – 10 q, ispanaq – 30 q, ərinmiş yağ – 30 q, istiot, duz.
Keşniş, şüyüd, ispanaq və göy soğan yuyulur, xırda doğranır, üzərinə istiot, duz və yumurta əlavə edilib diqqətlə çalınır. Küküyə bəzən ovulmuş ağ çörək və ya bir az un əlavə edilir.

Kütüm küküsü
Hisə verilmiş kütüm – 200 q, göy və ya baş soğan – 35q, keşniş – 15q, şüyüd – 10q, yumurta – 2əd, ağ çörək içi – 30q, ərinmiş yağ – 30q, istiot, duz. Hisə verilmiş kütüm balığı suda bişirilir, dərisi və sümüyü çıxarılır. Göy soğan, keşniş və şüyüd yuyulur, xırda doğranır, yumurta, xırda kütüm tikələri qoyulur

Lobya fisincanı
Qırmızı lobya – 100 q, baş soğan – 30 q, ərinmiş yağ – 20 q, qoz ləpəsi – 30 q, sirkə – 20 q və ya nar şirəsi – 15 q, keşniş göyərtisi – 20 q, istiot, duz. Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. Istiot, duz, sirkə tökülür . Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.

Mimoza salatı
450 qram dərisiz və sümüksüz toyuğun döş əti 1/2 ç/q duz (toyuğun qaynadığı suya əlavə etmək üçün), 1/2 stəkan xırda doğranmış qoz ləpəsi, 3 ədəd kartof, 2 ədəd yumurta, 3 ədəd yerkökü, duz, 6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar).

Paytaxt salatı

Kartof-6 ədəd, yerkökü-2 ədəd, yumurta-6 ədəd, duzlu xiyar-5 ədəd, mal əti-400 q (əzələ hissəsi və yaxud bir toyuğun döş və bud əti), göy noxud-1 banka, şüyüd-100 q, göy soğan-200 q, cəfəri-100 q, mayonez-2 banka (və ya xama-3 banka)

Şəki salatı

Xiyar – 50q, pomidor – 50q, bibər – 20q, göy soğan – 10q, keşniş – 10q, reyhan – 10q, şərab sirkəsi və ya abqora – 3q, istiot, duz. Xiyar, pomidor və bibər xırda kub şəklində doğranır, üzərinə narın çərtilmiş göyərti, şərab sirkəsi, istiot və duz tökülüb qarışdırılır.

Şəki salatı

Xiyar – 50q, pomidor – 50q, bibər – 20q, göy soğan – 10q, keşniş – 10q, reyhan – 10q, şərab sirkəsi və ya abqora – 3q, istiot, duz. Xiyar, pomidor və bibər xırda kub şəklində doğranır, üzərinə narın çərtilmiş göyərti, şərab sirkəsi, istiot və duz tökülüb qarışdırılır.

Qozlu kükü

Yumurta – 2 əd, göy soğan – 20q, keşniş – 15q, şüyüd – 10q, ispanaq – 25q, qoz – 40q, ərinmiş yağ – 30q, istiot, duz. Göyərti küküsü kimi hazırlanır. Lakin yumurta ilə çalınmış göyərtiyə narın xırdalanmış qoz qatılır.

Soyutma

Qoyun əti – 217 q, baş soğan – 30 q, pomidor – 280 q, xama – 30 q, duz, istiot.
Qoyun ətini 1,0-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətini 2-3 mm qalınlıqda doğranır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.

Xəzər salatı

Nərə balığı – 375q, zəif duzlu somğa balığı – 55q, dənəvər kürü – 30q, kartof – 160q, təzə xiyar – 180q, xama – 160q, kahı – 55q, limon – 1 ədəd, tərxun – 55q, istiot, duz.
Balığı bişirib, qabığını və qığırdaqlarını təmizləyirlər. Doğranılmış tərəvəzləri xama ilə qarışdırıb təpəcik şəklində boşqaba töküb, uzun dilimlərlə bölünmüş balıq qoyulur.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz