Mətbəx sirləri: "Göy qurşağı" Salatı,dairə, xırda, istəyə, töküb, yerkökünü, Sonra, doğranmış, qoyun, qarışdırın, soğanı, yarpaqları, noxudu, üstünə, banka, soğan, mayonez, xətlər, başlarkən, çəkin, şüaları
Ana səhifə

Mətbəx sirləri: "Göy qurşağı" Salatı

02 Sentyabr 2016
791
0
Mətbəx sirləri: "Göy qurşağı" Salatı
Tərkibi:

2 bişmiş çuğundur
2 çiy yerkökü
1 baş soğan
1 banka göy noxud konservi
1 banka yağda sardina
göy soğan - istəyə görə
mayonez - istəyə görə
kahı yarpaqları - istəyə görə

Hazırlanması:
[/b]
Bişmiş çuğundurla çiy yerkökünü ayrılıqda sürtgəcdən keçirin.
Soğanı xırda doğrayıb üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Sonra suyu süzün.
Göy noxudu aşsüzənə tökün.
Sardinanı çəngəllə əzin, xırda doğranmış soğanı əlavə edib qarışdırın.
İri buluda kahı yarpaqları düzün. Ortasına soğanla qarışdırılmış sardına qoyun, hamarlayıb, dairə halına salın. Gözəyarı bu dairəni 12 yerə bölün. Ya da bıçaqla birincı layın üstündə xətlər çəkin. Sonra günəş şüaları kimi dairə boyunca çuğunduru, göy noxudu, yerkökünü, xırda doğranmış göy soğanı qoyun. Və dairə dolunca bu sıranı təkrarlayın. Nəticədə hər tərəvəzdən 3 hissə olmaqla rəngarəng dairə alınmalıdır.
Salatın ortasına, balığın üstünə mayonez töküb süfrəyə verin. Yeməyə başlarkən salatı qarışdırın.

[b]Nuş olsun!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz