Almalı "Napoleon" Tortu

11 Eylül 2016
2 159
0
Almalı "Napoleon" Tortu
Feat.Az almalı "Napoleon" tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:


500 q qat-qat xımir
3 alma
200 q qatılaşdırılmış süd
12 q vanilli şəkər tozu
12 q darçın
2 x.q. su

Krem: Almaları təmizləyib sürtgəcdən keçirin. Üzərinə su, vanilli şəkər tozu və darçın töküb vam odda bişirin. Yumşalıb püre halına gələn zaman hazır olacaq. Sonra qatılaşdırılmış südü əlavə edin. Daha 10 dəqiqə bişirin. Ocaqdan götürüb soyudun.
Hazır mayasız qat-qat xəmirin donunu açın (ya da bu reseptdən istifadə edərək özünüz hazırlayın). 2 yerə bölüb yayın. Hər biri formanın ölçüsündə olmalıdır. Hər birini 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Korjları elə doğrayın ki 4 bərabər kvadrat (yaxud düzbucaqlı) alınsın.
Artıqlarını xırdalayın.
Korjların üzərinə krem çəkin. Üst-üstə qoyun. Üstdəkinin üzərinə ovuntuq səpin. Tortu bir gecə soyuducuda saxlayın (daha çox da ola bilər).

Nuş olsun!

milli.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.