Acı souslu tərəvəzli makaron

10 Ekim 2014
2 063
0
Acı souslu tərəvəzli makaron
Acı souslu tərəvəzli makaron


Vəsaitlər:

1 paket kəpənək makaron
1 çay stəkanı duru yağ
2 ədəd badımcan
2 ədəd qırmızı bibər
8 ədəd balaca pomidor
2 şorba qaşığı qarğıdalı dənəsi
Yarım su stəkanı rəndələnilmiş holland pendiri

Sous üçün:

Yarım çay stəkan duru yağ
2 ədəd rəndələnmiş pomidor
1 şirin qaşığı qırmızı bibər
1 çay qaşığı qara bibər
3 yarpaq reyhan
Duz

Hazırlanması:

Bir qazanda makaronları yaxşıca qaynadın. Yaxşıca süzdükdən sonra xidmət qabına qoyun. Qızdırılmış duru yağın içinə kub şəklində doğranmış badımcan, qırmızı bibəri əlavə edn. Tərəvəzlər qızarana qədər bişirin. Pomidor və qarğıdalını əlavə edin. 1-2 dəfə çevirdikdən sonra ocağın altını bağlayın.

Sous üçün, qızdırılmış duru yağın içinə rəndələnilmiş pomidoru, qırmızı bibər və qara bibəri qatıb qarışdırın. İncə doğranılmış reyhan və duzu əlavə edin bişirin. Makaronun üzərinə əvvəl tərəvəzli qarışığı, sonra pomidorlu sousu gəzdirin. Ən üstə də rəndələnilmiş holland pendiri əlavə etdikdən sonra isti olaraq xidmət edin.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.