20 dəqiqəyə Hazırlanan Rulet - HAZIRLANMA QAYDASI

20 dəqiqəyə Hazırlanan Rulet - HAZIRLANMA QAYDASI
Evdə çayla içməyə şirniyyat yoxdur? Dükana getməyə tələsməyin. Feat.Az-ın təqdim etdiyi bu ruleti 20 dəqiqəyə hazırlaya bilərsiz.

Ərzaqlar:

3 yumurta
5 yemək qaşığı şəkər tozu
bir çimdik duz
5 yemək qaşığı quru süd
5 yemək qaşığı un

Krem üçün:

1 stəkan bişirilmiş qatılaşdırılmış süd
1-2 ədəd banan

Hazırlanması:

Yumurtanı köpənə kimi mikserlə çalın. Duz və şəkər tozunu əlavə edib yaxşıca çalmağa davam edin. Sonra bir azca soda, un və quru südü əlavə edib qatı xəmir alınana kimi qarışdırın. Xəmiri yağlı kağız sərdiyiniz soba qabına töküb kənarlara doğru hamarlayın. 180 dərəcədə 5-7 dəqiqə bişirin. İsti tortun üzərinə qatılaşdırılmış süd və bananları qoyub rulet kimi bükün. Üstünü sürtgəcdən keçirilmiş şokolad, kakos və ya şəkər tozu, qoz-fındıqla bəzəyə bilərsiz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.