Mimoza Tortu

25 Ekim 2016
4 242
0
Mimoza Tortu
Bu tort müəllif icadıdır. Belə bir tort nə görmüsüz, nə yemisiz. Asandır, dadlıdır. Görünüşü də ağ mimoza salatına çox bənzəyir. Tortun 2 cür biskviti var. Hərəsi ayrılıqda hazırlanır.

Ərzaqlar:


1-ci Biskvit üçün:

Yumurta – 4 ədəd
Şəkər – 1 stəkan
Un – 1 stəkan
Vanil

2-ci biskvit üçün:

Yumurta – 2 ədəd
Şəkər toz – yarım stəkan
Un – yarım stəkan
Vanil

Krem üçün:
Qaymaq (33%-li) – 400 ml.
Qənd kirşanı – 1 stəkan
Konservləşdirilmiş ananas – 1 banka

Hazırlanması:

Mimoza Tortu


Krem: 400 ml. 33%li qaymaq çalınır və 1 stəkan qənd kirşanı əlavə olunub, asta asta qarışdırılır.
Xəmir hazırlanır. 1-ci biskvit ayrı, 2 ci biskvit ayrı bişirilir. Biskvitlər soyudulur. 1-ci biskvit 2 hissəyə bölünür. Bir hissə lay kimi qoyulub, krem çəkilir. Üstündən konservləşdirilmiş ananas dilimləri düzülür. Ikinci lay qoyulub yenə kremlənir. İkinci biskvit isə nazik lentvari doğranılır. Sonra bu lentlər kub formasında bölünür. Kublar xırda olmalıdır. Tortun üzərinə bu kublar bolluca səpilir. Tort soyuducuda 2 saat saxlanılır.
Süfrəyə verəndə üzərinə qənd kirşanı səpilir.


Mimoza Tortu


Mimoza kimi zərif tort hazırdır!
sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.