Feat.Az

Eksklüziv resept: Pryaniklərdən tort

Mətbəx sirləri / Dünya mətbəxi / Şirniyyat və Tortlar
11:00, 1-11-2016
781
Eksklüziv resept: Pryaniklərdən tort
Yeməmisiz? Hazılayın yeyin. Ucuz, dadlı, qeyri-adi
Çox tutumlu, doyumlu tortdur. Xəmir yoğurmağa da gərək yoxdur. 30 dəqiqəyə hazırdır.

Ərzaqlar:

Şokoladlı (qəhvəyi) pryanik – 500 qr.
Qənd kirşanı – 100 qr.
Xama – 500 qr.
Banan – 3 ədəd
Qoz ləpəsi – dekor üçün

Hazırlanması:


Pryaniklər 2 hissəyə bölünür. Bananlar dairəvi doğranılır. Xama ilə qənd kirşanı qarışdırılır. Iri boşqaba qida plyonkası sərilir. Hər pryanik hissəsini xamalı kremə bolluca batırıb. Boşqaba qoyur və beləcə lay yığılır. Layın üzərinə yenə də bir az krem çəkib, banan dairələri düzülür. Üzərindən yenə də kremli pryanik layı yığılır. Tort gecədən səhərə kimi soyuducuda saxlanılır. Səhər isə boşqab digər boşqaba çevrilir. Altda qalan plyonka çıxarılır. Tortun üzərinə şokolad qırıntısı və qoz səpilir.

Eksklüziv resept: Pryaniklərdən tort

Tort hazırdır. Hazırladıqdan sonra yeyənlərə bildirməyin ki, nədən hazırlanıb. Qoyun özləri tapsınlar.
sufrem.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz