Tavada kəsmikli tort resepti

09 Kasım 2016
4 324
0
Tavada kəsmikli tort resepti
Tərkibi:
340 q un
220 q kəsmik
180 q şəkər pudrası
10 q soda
2 yumurta
0,5 l süd
200 q şəkər tozu
2 q vanil
50 q qoz
60 q tünd şokolad

Hazırlanması:
Krem: 1 yumurta, şəkər tozu, 20 q un və vanili qarışdırın. Süd qatıb qarışdırın. Çalışın, lopa qalmasın. Sonra bu kütləni vam odun üzərində qarışdıraraq 5 dəqiqə bişirin. Kənara qoyun.

Kəsmiyə söndürülmüş soda qatıb qarışdırın. 1 yumurtanı şəkər pudrası ilə çalın, unun qalanını qatıb xəmir yoğurun. 8 yerə bölüb kündələyin. Hər birini nazik yayın. Çəngəllə müxtəli yerlərindən deşin.
Quru tavada hər iki üzü qızaranadək bişirin.
Korjları aralarına krem çəkməklə üst-üstə düzün. Tortun üzərinə və kənarlarına da krem çəkin. Üzərinə şokolad yonqarı və xırdalanmış qoz səpin.
Otaq temperaturunda bir neçə saat saxladıqdan sonra soyuducuya qoyun. Bir gecə qalsa, daha yaxşı olar, amma soyuducuda 4 saat saxladıqdan sonra da yumşaq olur.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.