Balqabaq Piroqu

01 Aralık 2016
1 544
0
Balqabaq Piroqu
Tərkibi:

3 kq balqabaq
1 kq şəkər tozu
300 q üyüdülmüş fındıq
1 paket peçenye (Petit Beurre)
1 paket krem-şanti
1 st. soyuq süd

Balqabağı böyük tavanın içinə düzüb üzərinə şəkər tozu səpin. Vam odda yumşalanadək bişirib əzin.
Üyüdülmüş fındıq əlavə edib qarışdırın, 3 yerə ayırın.


Orta böyüklükdə siniyə lay-lay əvvəl balqabağını döşəyib üzərinə peçenyeni düzün (3 qat balqabaq və 3 qat peçenye).
Krem-şantini soyuq südlə çalın, piroqun üzərinə bərabər yayın.
Soyuducuda azı iki saat saxlayandan sonra doğrayaraq süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.