Rafaello Salatı,çubuqları, toplar, sürtgəcdən, pendir, yumurta, mayonez, qatılır, əlavə, Alınmış, sarımsaq, olunur, Qabda, soyudulmuş, Bişmiş, keçirilir, salatdan, qarışdırılır, xırdalanmış, formalaşdırırıq, zövqə

Rafaello Salatı

04 December 2016
1 265
0
Rafaello Salatı
Bu adda konfetlər yemisiz. Amma salatından xəbəriniz yoxdur. Rafaello konfetləri kimi toplar formasında salat qonaqları çaşdıracaq. Onları yeyəndən sonra reseptini istəyəcəklər. Əziyyət çəkmədən süfrəm.aza ünvanlayın

Ərzaqlar:

Krab çubuqları (marketlərdə paketdə satılır) – 200 qr.
Yumurta – 3 ədəd
Sarımsaq – 1 diş
Mayonez – 50 qr.
Göyərti

Hazırlanması:


Krab çubuqlarını sürtgəcdən keçiririk, az hissəsini ayırıb götürürük. Bişmiş soyudulmuş yumurta və pendir də sürtgəcdən keçirilir.
Qabda pendir, yumurta və krab çubuqları qarışdırılır. Bura çox xırdalanmış sarımsaq da qatılır və mayonez əlavə olunur.
Alınmış salatdan əlimizdə toplar formalaşdırırıq. Topları əvvəldə ayırdığımız bir hissə krab çubuğu qarışığında fırladırıq.
Boşqaba düzüb, üzərinə zövqə görə seçdiyiniz göyərti səpə bilərsiz.
sufrem.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz