Ana səhifa

Rulet Pizza

Mətbəx sirləri / Dünya mətbəxi
05 Aralık 2016
257
0
Rulet Pizza
Yumru pizzalardan doyanlar. Bilin ki, uzun, rulet formasında da pizza olur. Çox maraqlıdır, dadlıdır. Sinamağa dəyər.

Ərzaqlar:

Xəmir üçün:
Isti su – 1 fincan
Quru maya – 1 ç. q.
Şəkər – 1 x. q.
Duz – 2 x. q.
Bitki yağı – 3 x. q.
Un – 3 stəkan

İçlik üçün:
Tomat sousu – yarım stəkan
Salyami – 9 dilim
Mozzarella – 1 stəkan
Vetçina – 7 dilim
Yumurta – 1 ədəd
Reyhan – 1 ç. q.

Hazırlanması:

Rulet Pizza


Xəmiri hazırlamaq üçün bir stəkan isti suya quru maya və 1 ç. q. şəkəri qatırsız. Sonra bura 2 ç. q. duz və 2 x. q. zeytun yağı əlavə edirsiz. ələnmiş una bu qarışığı qatıb, mətbəx kombaynında 15 dəqiqə qarışdırırsız.
Bir qaba azca bitki yağı töküb, xəmiri ora boşaldır, üzərini bağlayıb. 1 saat yarım gəlməsini gözləyirsiz.
Elə ki xəmir gəldi, onun yarısını götürüb kündələyir və uzunsov 25x40 diametrində yayırsız. Bu xəmirin ortasına (tam kənarları boş qalmalıdır) tomat sousu, vetçina, salyami düzürsüz. Bir yumurtanı qabda çalıb, fırça ilə xəmirin boş qalmış kənarlarına yumurtadan çəkirsiz. Uzun xəmirin kənarlarını bir birinə yapışdırır, sonra rulet kimi fırladır və soba üçün formaya qoyursuz. Ruletin üzərinə yumurta çəkir və bir az pendir, reyhan səpirsiz. Son olaraq iti bıçaqla ruletin üzərində 3-4 yerdən nazik dərin olmayan kəsiklər atırsız.
Rulet pizza 250 dərəcədə 12 dəqiqə bişir.
Isti isti süfrəyə verilir. Kəsik atılmış yerlərdən rahatca kəsməklə bölünür.
sufrem.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz