Antikrisiz reseptlərindən KƏLƏM KOTLETİ

04 Aralık 2016
2 121
0
Antikrisiz reseptlərindən KƏLƏM KOTLETİ
Kələm ətdən ucuzdur. Həm də faydalıdır. Evdə kələm varsa, deməli, tezbazar kələm kotletləri bişirə bilərsiz.

Ərzaqlar:

Kələm – 1 kq.
Soğan – 1 ədəd
Sarımsaq – 3 diş
Un – 100 qr.
Mannı yarması – 80 qr.
Cəfəri – az
Şüyüd – az
Duz, istiot
Suxarı ovuntusu

Hazırlanması:

Kələmi 4 hissəyə bölüb, duzlu qaynar suya salıb, yumşalana kimi 15 dəqiqə qaynadın. Suyu süzün, kələmi soyudun və doğrayıb, blenderdən və ya ətçəkəndən keçirin. Sıxıb artıq suyunu çıxarın.
Soğan və sarımsaq çox xırda doğranılır, kələmə qatılır.
Göyərtilər yuyulur. Xırda doğranılır və kələmə əlavə olunur. Duz, istiot vurulur, un və mannı qatılır. Yaxşıca qarışdırılıb, 10 dəqiqə bir kənara qoyulur. Kotlet formaları verilib, suxarıda gəzdirilir, yağda ikitərəfli qızardılır.
sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.