Təbii, milli konfet: Quru çərəzlərdən şirni hazırla!

07 Aralık 2016
3 102
0
Təbii, milli konfet: Quru çərəzlərdən şirni hazırla!
Bu konfetlərə dünyanın ən təbii, ən dadlı, keyfiyyətli konfeti demək olar. Bazarlarımız quru meyvədən, çərəzdən boldur. Qarışdırıb, konfetlər hazırla.

Ərzaqlar:


Ərik qurusu – 100 qr.
Kişmiş – 100 qr.
Xurma qurusu – 100 qr.
Qoz ləpəsi – 80 qr.
Portağal – yarısı
Bal – 2 ç.q.
Qənd kirşanı və ya kokos tozu

Hazırlanması
:

Təbii, milli konfet: Quru çərəzlərdən şirni hazırla!

Quru meyvələr yuyulur, üstünə isti su alınıb, 15 dəqiqə saxlanılır. Sonra suyu süzülür, özləri salfet arasında qurudulur.
Qoz ləpəsindən 20 qr. götürülüb bıçaqla xırdalanır. Qalan qoz və çərəzlər ət çəkəndən keçirilir.
Portağal kəsilir, yarısının şirəsi sıxılır. Qoz və quru meyvə çəkilmişinə bu şirə və 2 çay qaşığı təmiz bal qatılıb qarışdırılır. Əlinizi soyuq suda isladaraq, bu kütlədən xırda-xırda götürüb, konfet şarikləri hazırlayın. Hər şarik qoz ovuntusunda gəzdirilib, üzərinə qənd kirşanı səpilir. Konfetlər bir qaba aralı-aralı yığılıb, soyuducuda 1 saat saxlanılır.

Təbii, milli konfet: Quru çərəzlərdən şirni hazırla!

1 dəfə etsəniz, daha konfet almayıb, özünüz konfet istahsalına başlayacaqsız.
sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.