Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

07 Aralık 2016
3 173
0
Pryanikli "Şam ağacı" - Yeni İl Tortu
Tərkibi (2 "yolka" üçün):

Xəmir:
2 st. un
1 çimdik duz
1 ç.q. qabartma tozu
100 q yumşaldılmış kərə yağı
100 q şəkər pudrası
2,5 x.q. isti bal
2 yumurtanın sarısı
0,5 ç.q. zəncəfil tozu
0,5 ç.q. darçın
0,5 ç.q. hil
0,5 ç.q. muskat cevizi
0,5 ç.q. cirə (bu ədviyyatları zövqünüzə görə başqasıyla əvəz edə bilərsiniz)

Bəzək üçün:

200-300 q ağ şokolad (yaxud aysinq tipli ağ qlazur)

Aysinq:
1 yumurtanın ağı
250 q ələnmiş şəkər pudrası
Limon turşusu (bıçağın ucunda)

Xəmirin ərzaqlarını qarışdırıb yoğurun. Qida plyonkasına büküb soyuducuda 1-1,5 saat saxlayın. Sonra 5-6 mm qalınlıqda yayın, müxtəlif bucaqlı və müxtəlif ölçülü ulduzlar kəsin (şam ağacının layları). Sobada 180 dərəcə temperaturda qızaranadək (hazır olanadək) bişirin. Soyudun.

Ağ şokoladı su hamamında əridin, ulduzların üstünə çəkin, üst-üstə yığın. Üzərini muncuqlarla, kokos yonqarı ilə bəzəyin. Şokoladın bərkiməsini gözləyin.

Bunu şokolad yerinə aysinq qlazuru ilə də bəzəyə bilərsiniz, onda şam ağacı ağappaq olacaq.

Aysinq qlazuru üçün: 1 yumurtanın ağını köpüklənincə çalın, sonra tədricən şəkər pudrası əlavə edin, çalmağı dayandırmadan azca limon şirəsi və ya limon turşusu da əlavə edin. Hazır qlazuru konditer torbasına yığıb əvvəlcə pryaniklərin (ulduzların) kənarlarına kontur çəkin, sonra isə içini qlazurla doldurun. Layları üst-üstə yağın.

Bu qlazurun köməyilə biskvit tortları üçün qar dənələri və başqa fiqurlar da hazırlaya bilərsiniz. Bunun üçün bir kağıza istədiyiniz fiquru çəkin, üstünə perqament kağızı döşəyin və aysinqlə altda görünən konturları təkrarlayın. Quruyandan sonra ehtiyatla plyonkadan ayırın. Tortunuzu bəzəyin.

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu

Pryanikli "Şam ağacı" - Yeni İl Tortu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.