Çaylı keks,dadli keksler,sirniyyatlar,sirniyyat reseptleri,2016,2017,metbex sirleri
Ana səhifə

Çaylı keks

12 Dekabr 2016
961
0
Çaylı keks
Tərkibi :
3 yumurtanın sarısı
1,5-2 su stəkanı toz şəkər
1 su stəkanı soyudulmuş dəmli çay
1 su stəkanından biraz az duru yağ
1 və ya yarım paket kakao
2,5 su stəkanı un
1 paket vanil
1 paket qabartma tozu
1 ovuc qoz findiq fıstıq
1,5-2 çay stəkanı süd
Hindqozu

Hazırlanması:
Yumurta sarılarını və şəkəri yaxşıca qarışana qədər çırpın. Çayı, kakaonu və duru yağı əlavə edib təkrar çırpın. Bu qarışıqdan bir su stəkanı ayırın.
Un və vanili əlavə edib qarışdırın. Qarışığın qatılığına görə 1,5-2 çay stəkanı süd əlavə edin. Sobasnı 175 dərəcədə isidin.
1 ovuc qoz fıdıq fıstıqı əlavə edin. Ən son qabartma tozunu əlavə edib aşağı sürətdə 1-2 dəfə qarışdırın.
Qarışığı yağlı kağız sərilmiş orta boy bir qabda alın. İçi tamamilə bişənə qədər təxminən 40 dəqiqə bişirin.
Sobadan çıxarınca, üzərini kürdan ilə bir çox yerindən dəlin və ayırdığınız 1 su stəkanı çaylı qarışığı üzərinə gəzdirin. (Kənarlara axırsa, fırça köməyiylə üzərinə cəkin.)
Soyuyunca hindqozu səpərək təqdim edin.

Nuş olsun !
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz