Tez bişən supların orqanizmə zərərləri, edilir, supların, istifadə, hesab, olduğuna, orqanizmə, bişən, qatılan, palma, müddət, suplar, səbəb, vəzin, pozulmasına, yağından, funksiyasının, hazırlanmasında, mədəaltı, insulinin, gəlməsinə

Tez bişən supların orqanizmə zərərləri

18 December 2016
408
0
Tez bişən supların orqanizmə zərərləri
Bu cür suplar qısa müddət ərzində bişir və çox dadlı olur. Mətbəxtdə az vaxt keçirmək istəyən insanlar, tələbələr bu cür qidalardan istifadə etməklə öz vaxtlarına qənaət etmiş olurlar.

Amma onun orqanizmə verdiyi zərərlər barədə düşünmək heç kimin ağlına gəlmir. Halbuki mütəxəssislər onun orqanizmə aşağıdakı zərərlərinin olmasını təsdiqləyirlər:

Feat.Az immunitet.az-a istinadən bildirir ki, tez bişən supların tərkibində zülallar normadan artıq olduğuna görə zülal mübadiləsinə birbaşa təsir edir.

Tərkibinə qatılan ədviyyatlar çox olduğuna görə bu suplar mədənin selikli qişasını qıcıqlandırır və uzun müddət qəbul edildikdə qastritin əmələ gəlməsinə səbəb olur.

Suplara qatılan qatqı maddələri qanda insulinin artmasını tələb edir və mədəaltı vəzin funksiyasının pozulmasına səbəb olur.

Tez bişən supların hazırlanmasında palma yağından istifadə edilir ki, bu da ağır yağ hesab edilir və gec həzmə gedir. Palma yağı trans yağlardan hesab edilir. Bu yağların tərkibindəki yağ turşuları ürək-damar sistemi üçün təhlükəli sayılır.

Bu supların vermeşili palma yağında qovrulur və xarab olmaması üçün onlara müxtəlif qatqılar əlavə edilir ki, bu da insan orqanizminə çox zərərlidir.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz