Ləvəngi resepti

22 Aralık 2016
3 223
0
Ləvəngi resepti
Yeni ilin imtina edilməz yeməklərindən biri olan Ləvəngi reseptini Feat.Az sizə təqdim edirik.

Lazım Olanlar
Toyuq-l əd,
Qoz ləpəsi-150 q,
Baş soğan-5 əd orta irilikdə,
Axta zoğal-25 q və ya turş gavalı qurusu-40 q,
Kişmiş-50 q,
Alça turşusu-1 x.q,
Duz,
İstiot.

Hazırlanması:
Baş soğan təmizlənib ətçəkən maşından və ya iridişli sürtgəcdən keçirilir, ikiqat tənzifdən sıxılıb suyu aynlır. Soğana ət maşınından keçirilmiş qoz ləpəsi, isladılıb xırda doğranmış zoğal axtası və ya gavalı qurusu (lavaşana da qatmaq olar) və kişmiş qatılaraq qiymə (ləvəngi) hazırlanır. Toyuğu təmizləyib yuduqdan sonra onu istiotlayır, duzlayır, alça turşusu ilə içəri və bayır tərəfıni turşulayıb içərisinə ləvəngi yığırlar. İçi doldurulmuş toyuğu qızdırıcı şkafda (duxovkada) hər iki üzü qızarana qədər bişirirlər. Süfrəyə verdikdə göyərti, xiyar və limon dilimləri ilə bəzəmək olar.

Nuş olsun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.