Yeni İldə süfrələrinizi bəzəyəcək Fişəng Salatı - VİDEO

Yeni İldə süfrələrinizi bəzəyəcək Fişəng Salatı - VİDEO
Yeni il axşamı hər şey bayram ab-havalı olmalıdır. Paylaşdığımız bayram motivləri ilə bəzədilmiş bu salatın süfrənizi daha zəngin göstərəcəyində əmin ola bilərsiniz. Məsələn, Fişəng salatını istənilən tərkiblə hazırlayıb bu formaya gətirmək mümkündür. İlk baxışdan bir qədər çətin görünsə də, hazırlanması bir o qədər asan olan bu salat həm də süfrə başına toplaşmış balacaların əhvalını qaldırmış olacaq.


Ərzaqlar:
– 2 kartof
– 3 yumurta
– 2 kök
– 1 çuğundur
– 300 qr. mal əti
– mayonez
– duz
– qara istiot

Dekor üçün:

– nar
– qarğıdalı
– zeytun
– göyərti

Hazırlanması:

Ət, kartof, kök, yumurta və çuğunduru suda qaynadın. Tərəvəzlərin qabığını soyub əti əl ilə didin və ya blenderdə xırdalayın. Folqanın üzərinə kartofu sürtkəcdən keçirib duz, istiot və mayonez vurun. Eyni qayda ilə kökü kartofun üzərindən əlavə edib duz, istiot və mayonez vurun. Didilmiş əti əlavə edin. Sonuncu qat olaraq yumurtanı sürtkəcdən keçirib duz, istiot və mayonez vurun. Bir yumurtanın sarısını və yarım kökü bəzək üçün saxlayın. Sonra folqanı ehtiyatla sıx büküb salatı rulet formasına gətirin. Folqanı açıb salatı bir boşqaba qoyun. Elə edin ki, bir az boş yer qalsın. Salatın üzərinə mayonez çəkin. Şəkildəki kimi çuğunduru, kökü sürtkəcin xırda gözündən keçirib göyərtini və zeytunu xırda doğradıqdan sonra qarğıdalı və nar dənələri ilə birlikdə salatı bəzəyin.

Yeni il süfrəsi üçün fişəng formalı salatımız hazırdır!
Nuş olsun!


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.