Kakaolu limonlu keks resepti, əlavə, limon, stəkanı, qaşığı, edərək, yarım, yemək, çırpın, Hazırladığınız, qabartma, qalan, səpin, stəkan, keksi, qədər, kakao, tökün, vanil, paket, yarısını
Ana səhifə

Kakaolu limonlu keks resepti

08 Yanvar 2017
1 008
0
Kakaolu limonlu keks resepti
Tərkibi:
3 ədəd yumurta
3 su stəkanı un
1, 5 su stəkanı şəkər
3 yemək qaşığı kakao
2 ədəd limon
3/4 su stəkanı duru yağ
1 su stəkanı süd
1 paket vanil
Hind qozu

Hazırlanması:

Yumurta və şəkəri uyğun bir qabda köpüklənənə qədər çırpın. Duru yağ, 1 paket qabartma tozu əlavə edərək çırpmağa davam edin. Südün yarım stəkanını tökərək 2 barda unu, vanil və qabartma tozunuda əlavə edib çırpın və geri qalan yarım stəkan süd, bir stəkan unu və yarım limon sununu əlavə edərək keks konsistensiyasına gələnə qədər çırpın. Hazırladığınız vəsaitdən 1 su stəkanı ayırıb şorba kasasına əlavə edərək üzərinə 3 yemək qaşığı kakao və yarım limon suyu sıxın. 2 yemək qaşığı süd əlavə edib qarışdırın. 2 ədəd limon qabığını rəndələyib hazır edin və keksi yağlanılmış 30 sm diametrində yumru bir nimçəyə tökün. Hazırladığınız kakaosulu qarışığı keksin tam ortasına tökün və limon qabıqlarının yarısını əlavə edərək bir çay qaşığı köməyiylə nimçənin ortasından diblərə doğru dibə çox batırmadan şəkil verərək kakaonu paylayın və qalan limon qabıqlarını ortaya səpin. Nimçəni sobaya vermədən əvvəl hind qozlarını keksə səpin və əvvəldən isidilmiş 170-180 dərəcəlik sobada 35-40 dəqiqə bişirin. Bişən keksi soyudaraq xidmət edin.

Nuş Olsun!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz