Oreo tortu resepti

08 Ocak 2017
3 974
0
Oreo tortu resepti
Tərkibi:
İçlik üçün:
60ml Su
15q Jelatin
600ml Qaymaq (30-33% yağlı)
200q Krem-pendir (Philadelphia; Labneh və s.)
3 stəkan Şəkər pudrası
300q Oreo peçenyeları

Qlazur üçün:
3 x.q. Süd
200q Şokolad

Hazırlanması:

Tortun əsasını hazırlamaq üçün təxmini 300-500q oreo peçenyeları blender vasitəsi və ya oxlov ilə əzib, "qum" halına gətirin. Daha sonra alınan kütləyə əridilmış kərə yağını əlavə edib, yaxşıca qarışdırın. Tortu
hazırlayacağınız formanın dibinə bu qarışımı yerləşdirib, ehmalca tortuvuzun əsasını formalaşdırın. Bunu qaşıq vasitəsi və ya əliniz ilə edə bilərsiniz.
Daha sonra krem pendir ilə 1 stəkan şəkər pudrasını birləşdirib mikser vasitəsi ilə 2 dəqiqə ərzində çalın. Başqa bir qaba qalan şəkər pudrasını və qaymağı yerləşdirib, mikser vasitəsi ilə qarışım qatı krem halına gələnə kimi (təxmini 4-5dəqiqə) ərzində çalmağa davam edin. Çaldığınız pendirli və qaymaqlı qarışımları birləşdirin. İlıq suda jeltini həll edib, alınan bu kremli kütləyə əlavə edib, qarışdırın. Daha sonra oreo peçenyaları yarı bölüb, kremli kütləyə əlavə edin. Kütləni ehmalca qarışdırıb, tortun peçenyelı əsasına yerləşdirin. Biçaq ilə kremli kütlənin üstünü səliqəli şəkildə yayın. Tortumuzun hazır olması üçün onu minimum 6 saat ərzində soyuducuda saxlamaq lazımdır. Lazımı vaxt keçdikdən sonra tortun üzərinə qlazuru süzmək olar. Qlazuru hazırlamaq üçün şokolad və südü birləşdirib, kiçik alovda şokolad süddə tam həll olana kimi saxlamaq lazımdır. Qlazuru tortun üzərinə süzdükdən sonra, zövqünüzə görə torta oreo peçenyeları ilə bəzək verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.