QARAÇI KOTLETİ – Bu, adi ət kotleti deyil, Dad aləmində bir inqilabdır!

08 Aralık 2021
7 200
0
QARAÇI KOTLETİ – Bu, adi ət kotleti deyil, Dad aləmində bir inqilabdır!
Ərzaqlar:
Çəkilmiş mal əti – 700 qr.
Baton çörəyi – yarım ədəd
Soğan – 3 baş
Sarımsaq – 2 diş
Pomidor – 3 ədəd
Şüyüd – yarım dəstə
Cəfəri – yarım dəstə
Süd – 150 ml.
Duz – 1 ç.q.
Bitki yağı – 2 x.q.

QARAÇI KOTLETİ – Bu, adi ət kotleti deyil, Dad aləmində bir inqilabdır!

Hazırlanması:

Baton çörəyini əlimizlə xırdalayırıq, süddə isladırıq. Blenderin qabına sarımsaq, soğan, çörək və duz tökülür, həll edilir. Pomidorların qabığı soyulur, şirəsi sıxılır. Sıxılmış pomidor doğranılır, üzərinə xırdalanmış göyərti əlavə edilir. Sonra farş, blenderdəki ərzaqlar da pomidorlu qarışığın üzərinə tökülür və yaxşıca qarışdırılır. Kütləni kotlet formasına salırıq, yağlanmış listə düzürük və 220 dərəcədə 30 dəqiqə bişirik.
Nuş olsun!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.