Şokoladlı peçenye

Şokoladlı peçenye
Məmulatlar:
3 Stəkan un
180 qr. Kakao
Yarım paket qabartma tozu
Yarım çay qaşığı duz
125 qr. Yumşaq kərəyağı
250 qr. Şəkər tozu
1 yumurta
125 ml. Süd
1 Paket vanil
12 Ədəd marshmalow (yumşaq) konfet

Üstü üçün:

250 qr. Pudra şəkəri
2 Şorba qaşığı ərimiş kərəyağı
30 qr. Kakao
30 ml. Süd
Yarım paket vanil

Hazırlanması:

Un, kakao, qabartma tozu və duz ələnib qarışdırılır.

Bir qabda yumşalmış kərəyağı və şəkər tozu qarışdırılır. Yumurta, süd və vanil əlavə olunur. Quru qarışıq da əlavə edilir. Yağlı kağız sərilən nimçəyə xəmirdən 1 çay qaşığı götürərək aralı halda düzülür. İsti sobada 10-12 dəq. bişirilir.

Konfet kəsilərək bişən peçenyelərin üzərinə düzülür.
Yenidən sobaya qoyub 1-2 dəq. sobada bişirilir, dərhal sobadan çıxarılıb soyumağa qoyulur.

Kremin hazırlanması:

Pudra şəkəri, ərimiş kərəyağı və kakao əlavə edib qarışdırılır. Çırpılıb qarışdırılır. Üzərinə süd və vanil əlavə olunaraq homogen hal alana qədər çırpılır.
Peçenyelərin üzərinə bir qaşıq tökülüb üzərinə dekorasiya şəkəri və ya fıstıq səpilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.