Sevimli Ballı tortun məşhur reseptlərindən birini təqdim edirik

11 Nisan 2022
10 568
0
Sevimli Ballı tortun məşhur reseptlərindən birini təqdim edirik
Ərzaqlar:

Xəmir üçün

2 ədəd yumurta
1 stəkan şəkər tozu
3 x/q bal
1 ç/q soda
100 qr kərəə yağı
4 stəkan un ( atrıra və azalda bilərsiniz)
Krem üçün
2 ədəd yumurta
1,5 stəkan şəkər tozu
3 x/q un
3 x/q qarğıdalı nişastası
750 ml süd
200 qr kərə yağı
vanil

Hazırlanması:
Öncə ocağın üzərinə içində su olan qazan qoyulur, oda davamlı digər qab da qazanın içinə qoyulur. Su qaba dəyməməlidir. Yağ, şəkər tozu və bal qabın içərisinə əlavə edilir. Yağ əriyənədək kütləni su hamamında durmadan qarışdırırıq. Yağ tam əridikdə, sodanı da tökürük. Məhlulun rəngi tündləşəndə su hamamından götürürük. Yumurtaları sındırıb, kütləyə əlavə edib, qarışdırırıq. Əvvəlcədən ələdiyimiz unu və vanili də yavaş-yavaş töküb, xəmir yoğururuq. Xəmir bərk olmamalıdır. Çünki, soyuduqca bərkiyəcək. Xəmirdən təxmini 8 ədəd kündə tutub, üstünü dəsmalla örtürük ki. qurumasınlar Kündələri unlayıb, oxlovla dairəvi şəkildə yayıb, 180 dərəcəlik sobada üzəri biraz tündləşənədək bişiririk. Sizə rahat olması üçün yuxaları bişirməzdən öncə hamısını eyni ölçülü dairə formasında kəsin. Kənarlarından qalan artıqları da bişirib, tortun üzəri üçün ovuntu hazırlayın. Bütün kündələri bu qaydada bişiririk.

Kremi hazırlamaq üçün öncə süd,un, nişasta, şəkər tozu vəyumurtanı bir qaba tökürük. Aşağı odda daim qarışdıraraqbişiririk. Kütlə qaynamağa başlayanda,ocaqdan götürüb, soyumağa qoyuruq. Digər bir qabda kərə yağını vanillə birgə mikserlə çalırıq.Bişirib, soyutduğumuz kremi yağın üzərinə hissə-hissə əlavə edərək, qarışdırmağa davam edirik. Kremi yuxaların arasına sürtüb, üst-üstə yerləşdiririk. Ən son yuxanı qoyduqdan sonra, tortun üstünü və kənarlarını da kremləyirik. Bişirib, əzərək hazırlağımız ovuntu ilə tortun hər tərəfini örtürük. 5-6 saat otaq şəraitində gözlətdikdən sonra Ballı tortumuzu süfrəyə veririk.

NUŞ OLSUN!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.