Azərbaycan mətbəxi - Qulyaş (Foto Resept)

11 Aralık 2021
6 376
0
Azərbaycan mətbəxi - Qulyaş (Foto Resept)
Ərzaqlar:

Sümüksüz mal əti – 650 qr
Soğan – 400 qr
Yer kökü – 350 qr
Şirin bibər – 400 qr
Tomat – 75qr
Mal əti bulyonu – 800 qr
Un- 40 qr
Sarmısaq – 25 qr
Şəkər tozu – 30 qr
Bitki yağı
Zövqə görə qırmızı istiot,qara istiot,duz


Hazırlanması:


1. Ərzaqları hazırlayırıq.

Azərbaycan mətbəxi - Qulyaş (Foto Resept)

2. Soğanı,yer kökünü və bibəri şəkildəki formada doğrayırıq.Sarmısağı xırda şəkildə doğrayırıq.



3. Mal ətini şəkildəki formada doğrayırıq, bitki yağında rəngi dəyişənə qədər qızardırıq.



4. Soğan və yer kökünü tavada qızardırıq.



5. Soğan və yer kökünü ətə əlavə edirik,yer kökü yumuşalana qədər bişiririk



6. Qızdırılmış yağa tomat,duz və şəkər tozu əlavə edirik.



7. Alınan sousu ətə əlavə edirik.



8. Şirin bibərləri qızardırıq.



9. Bibəri ətə əlavə edib qarışdırırıq.



10. Biraz bişirdikdən sonra zövqə görə ədviyyat əlavə edirik (qara və qırmızı istiot)



11. Bulyonu əlavə edirik.



12. Bitki yağı əlavə etdiyimiz unu tavada qızardırıq.



13. Daha sonra ətə əlavə edirik.



14. Və Qulyaş hazırdır..

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.