Mikrodalğalı sobanı təmizləmək üçün 5 ADDIM

17 Mart 2017
1 369
0
Mikrodalğalı sobanı təmizləmək üçün 5 ADDIM
Mikrodalğalı soba təmizləmək qadınlar üçün bəzən işgəncəyə çevrilə bilər. Əksərən mikrodalğalı soba istifadə etdikdə onun təmizliyinə də çox vaxt ayırmaq olmur. Feat.Az-ın sizə təqdim edəcəyi bir neçə praktik üsulla mikrodalğalı sobanızı tərtəmiz saxlaya biləcəksiniz.

Vəsaitlər:

- Kasa və ya kiçik qab
- 1 ədəd limon
- Su

1-ci addım


Mikrodalğalı sobanızda qalıqlar varsa, yaş bezin köməyi ilə təmizləyin.

2-ci addım

Limonları 9 dilimə ayırın və kasanın içinə qoyaraq içərisinə daşmayacaq miqdarda su tökün.

3-cü addım

Kasanı mikrodalğalı sobanın içinə qoyun və yüksək səviyyədə qaynayana qədər saxlayın.

4-cü addım

Su qaynamağa başladığı an sobanı söndürün. Ancaq buxarın sobanın içinə yaxşıca yayılmas üçün kasanı sobadan çıxarmayın. 5 dəqiqə qaldıqdan sonra yenidən işə salın.

5-ci addım

Kasanı sobada 5 dəqiqə saxladıqdan sonra götürün və sobanın içərisini quru bezlə silin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.