Qabarmayan kekslərə SON. Bütün sirrlər burada...

17 Aralık 2021
2 640
0
Qabarmayan kekslərə SON. Bütün sirrlər burada...
Hər bir xanım böyük həvəslə keks bişirir, səbirsizliklə onun necə alınacağını gözləyir. Amma yenə də keks istədiyi kimi köpmür, gözəl alınmır. "Axı bütün lazımi ərzaqları vurdum, mikserdə çox çaldım, hətta sobanın istiliyinə kimi nəzarət etdim” deyir. Bəs niyə bişirdiyimiz şirniyyat qabarmasın ki?

Feat.Az sufrem.az-a istinadən sizə dünya qənnadçılarının da sınaqdan çıxardığı bir neçə məsləhəti təqdim edir:
Keksə qatacağınız bütün ərzaqlar otaq temperaturunda olmalıdır;
Toz halında olan ərzaqlar (un, qabartma tozu, vanilin və s.) mütləq ələnməlidir;
İstifadə olunacaq bütün qab-qacaq təmiz və quru olmalıdır;
Ərzaqların təzəliyinə xüsusi fikir verilməlidir;
Şəkər tozu tam əriyənə kimi çalınmalıdır;
Hazırladığımız xəmir onu tökəcəyimiz formaya uyğun olmalıdır. Xəmir az, forma iridirsə, keks yaxşı alınmayacaq;
Soba hər zaman öncədən isidilməlidir;
Keksin xəmiri hazır olan kimi bişirilməlidir (heç 5-10 dəqiqə də kənarda saxlamaq olmaz)!
Bəzən xanımlar reseptdəki mq, ml. göstərilənləri çay qaşığı, stəkanla əvəz edirlər. Burada az da olsa fərqin yaranması keksin bişməyinə təsir göstərir;
Yaxşı qabarsın deyə, 1 paket deyil, 2 paket əlavə etmək də nəticədə keksi "söndürür”.
Keksi sobaya qoyduqdan 20-25 dəqiqə ərzində soba qapısı açılmamalıdır;
Xəmirə vurulacaq quru meyvələri əgər yumusunuzsa, o zaman yaxşıca qurudub, sonra xəmirə tökün
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.