Mürəbbəli piroq resepti

07 Ocak 2022
7 970
0
Mürəbbəli piroq resepti
Evdə yeyilməyən mürəbbələriniz varsa atmağa tələsməyin.
Bu qalıq mürəbbələrdən çox dadlı bir piroq hazırlaya bilərsiniz. Necə? Elə isə keçin xəbərin ardına....
Hazırlamaq üçün lazım olan ərzaqlar aşağıdakılardır:
1 st. istənilən mürəbbə
1 stəkan qatıq
0,5 st. şəkər tozu
1 yumurta
1 ədəd qabartma tozu
2,5 st. un

Hazırlanması:
Əvvəlcə mürəbbəni bir qaba qoyub yaxşıca əzin. Sonra üstünə qabartma tozunu əlavə edib qarışdırın.
Mürəbbə köpüklənəcək. 5 dəqiqəyə qədər saxlayıb üstünə yumurta, qatıq, şəkər tozu və unu əlavə edib, yaxşıca çalın.

Yağlanmış formaya yayıb 180 dərəcədə 40-50 dəqiqə bişirin.
Bişəndən sonra üzərinə pudra şəkər (toz şəkər) əlavə edin və piroqunuz hazırdır..

Nuş olsun..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.